Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimlər dünya ictimaiyyətinə tanıdılacaq

01.07.2023 – cü il tarixində “Dəyər” İnkişaf və Maarifləndirməyə Dəstək ictimai birliyi, “Qərbi Azərbaycanda mövcud olmuş toponimlərin dünya ictimaiyyətinə tanıdılmasına dəstək” layihəsinin icrasına başlamışdır. Layihə, Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur və üç ay müddətində həyata keçiriləcəkdir.

Məlumdur ki, 1828 ci il Türkmənçay sülh müqaviləsindən dərhal sonra Çar Rusiyası işğal edilmiş Azərbaycan xanlıqlarının ərazilərinə kütləvi surətdə erməniləri köçürməyə başlamışdır. Etnik azərbaycanlılar bu torpaqlardan qovulmuş, regionun etnik tərkibi tamamilə dəyişdirilmişdir. 1918 ci il də, Qərbi Azərbaycan ərazisində, tarixdə heç vaxt mövcud olmayan Ermənistan dövləti yaradılmışdır. Bu proses Sovet dövründə də, davam etdirilmiş, region tamamilə etnik azərbaycanlılardan təmizlənmişdir.

Ermənilər bu torpaqların onlara aid olduğunu sübut etməyə çalışmış, regionda mövcud olmuş azərbaycan-türk tarixi abidələrini məhv etmişlər. Zaman zaman bu prosesi davam etdirərək tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur, Göycə, Dərələyəz, Vedibasar, Zəngibasar, Ağbaba və s mahallarda erməniləşmə siyasəti apararaq tarixi ata-baba yurdlarımızda mövcud olan yaşayış məntəqələrimizin adları dəyişdirilərək erməni mənşəli yeni adlar verilmişdir. Məqsədyönlü şəkildə bu torpaqların qədim erməni torpaqları kimi dünya ictimaiyyətinə tanıtmağa çalışmışlar.

Tarixdə saxtakarlıq etməkdə mahir olan ermənilər 200 ilə yaxındır türklərə aid torpaqları ələ keçirərək, minlərlə türk mənşəli toponimin dəyişdirilməsini həyata keçirib, kənd, rayon adlarını erməniləşdirməklə işlərini bitmiş hesab etmir, dağ, meşə, bulaq və s. adlarını da saxtalaşdırmışlar.

Layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimləri toplayaraq yaradılacaq ingilis dilli  veb saytda dərc etməklə dünya ictimaiyyətində tanıtmaqdır.

Layihənin sonunda veb saytın, mətbuatın iştirakı ilə təqdimat mərasimi keçiriləcəıkdir.