Ərdoğan Türkiyə parlamentinin yeni sədrini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng vuraraq onu təbrik edib.

Bu barədə Ərdoğanın rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Prezident yeni qanunvericilik dövrünün uğurlu olmasını arzulayıb:

“Türkiyə Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Kurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram.

Mən ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *